Funksiya özəllikləri
İnternetə qoşulma, komfort və təhlükəsizlik funksiyalarının S60 Recharge avtomobilinin səciyyəvi əlamətlərini necə müəyyənləşdirdiyini kəşf edin.
Google daxili tətbiqi []
Google xidmətləri dörd illik təqdim olunan Rəqəmsal xidmətlər paketi vasitəsilə aktivləşdirilir. Bu müddət bitdikdən sonra yeniləməyi seçdiyiniz təqdirdə, yeni şərtlər və rüsumlar tətbiq olunacaq.
Bütün məlumatları daxil edərək Rəqəmsal xidmətlər paketimiz sizi, S60 Recharge avtomobilinizi və rəqəmsal həyatınızı rahat şəkildə harmonizə edir.
Faydalı, fərdiləşdirilmiş və qüsursuz sürücülük təcrübəsi üçün Google Assistant, Google Maps və s. kimi sevimli tətbiqlərinizi birbaşa avtomobilinizdə Google Play-də əldə edəcəksiniz.
Rahatlığı optimallaşdırın və Volvo-dan daha çox yararlanın. Rəqəmsal xidmətlər paketimizə Volvo Cars tətbiqi vasitəsilə uzaqdan idarəetmə xidmətləri daxildir.
Rəqəmsal xidmətlər paketi
S60 Recharge avtomobili rəqəmsal xidmətlər paketinə dörd illik abunə ilə təqdim olunur. Bu müddət bitdikdən sonra yeniləməyi seçdiyiniz təqdirdə, yeni şərtlər və rüsumlar tətbiq olunacaq.
Rahatlıq və texnologiya
Səs performansında mükəmməllik axtaranlar üçün nəzərdə tutulmuşdur. Bu 1400V-lik yüksək səviyyəli istəyə bağlı audio sistemi musiqinizə xüsusi aydınlıq və reallıq qatır, təfərrüat və həlli optimallaşdırır və ifaçının əvvəlcə nəzərdə tutduğu kimi mahnını eşitməsinə imkan verir.
15 dəqiq sazlanmış hi-fi səviyyəli dinamiklər və Volvo-nun salon arxitekturasına uyğunlaşdırılmış innovativ təmiz havalı sabvuferi harada oturmağınızdan asılı olmayaraq çox gözəl ətraf səs təqdim edir. Həqiqətən duya biləcəyiniz tam musiqi təcrübəsi.
Unikal “Otaq Transformasiyası” texnologiyası konkret bir otağın akustikasını yenidən yaradır. "Studiya", "Fərdi Səhnə", "Konsert Zalı" və "Caz Klubu" daxil olmaqla, dörd fərqli "Otaq Rejimi"ndən birini seçin.
Bowers & Wilkins yüksək keyfiyyətli audio sistemi

Əlavə təhlükəsizlik []
* Sürücüyə dəstək funksiyalarının mövcudluğu heç bir halda sürücünün diqqətini və məsuliyyətini əvəzləyə bilməz. Bəzi şəraitlərdə cross traffic alert funksiyası məhdud funksionallığa malik olur. Əyləc funksiyasının müdaxiləsi belə, müəyyən sürət həddinə kimidir.
** Avtomobillə eyni istiqamətdə hərəkət edən avtomobillər, piyadalar və velisopedçiləri müəyyən sürətlərdə və müəyyən şəraitlərdə aşkarlamaq mümkündür. Aşkarlama sistemləri işıqlandırılan obyektlərdən asılıdır və qaranlıq olduqda avtomobilin ön və arxa işıqlarının yanılı olması tələb olunur. Sürücü hər zaman avtomobilin təhlükəsiz idarə olunmasından məsuldur.
*** Dəstək funksiyalarının mövcudluğu heç bir halda sürücünün diqqətini və məsuliyyətini əvəzləyə bilməz. Sükan çarxı dəstəyi 60-140 km/saat sürətlərdə aktivdir.
Digər modelləri araşdırın
S60 Recharge haqqında ətraflı məlumat
Təsvir edilən xüsusiyyətlər standart olmaya bilər, yaxud bütün avadanlıq səviyyələri və güc aqreqatı seçimləri üçün mövcud olmaya bilər.
Google, Google Play və Google Maps tətbiqləri Google LLC şirkətinin əmtəə nişanlarıdır.