Yığcam, lakin təsirli media rəyləri: EX30 barədə qlobal mediada yazılanlara nəzər salaq
Səsvermə yekunlaşdı! Ötən həftələrdə dünyanın müxtəlif yerlərində avtomobillər və həyat tərzinə dair məqalələr yazan jurnalistlər Barselonada yeni EX30 kiçikölçülü SUV avtomobilimizi sınaqdan keçirdilər. Sizcə, onlar ən çox nəyi bəyəndilər?

Beynəlxalq media tərəfindən nəzərdən keçirilməyə hazır EX30 avtomobilləri.
Media testlərimizin çoxunu İspaniya və bənzər ərazilərdə təşkil etməyimizin bir səbəbi var. Hazırda İsveçdə qış ayları qaranlıq və buzlu keçdiyi halda, Barselona və ətraf ərazilərdə havalar hələ də aydın və günəşli keçir. Bu isə media nümayəndələrinin – yeni tam elektrikli kiçikölçülü SUV modelimiz Volvo EX30-u ilk dəfə sınaqdan keçirmələri üçün mükəmməl şəraitdir.
Bir neçə həftə ərzində təqribən 550 media nümayəndəsi EX30 avtomobilinin sükanı arxasında əyləşmək üçün Barselonaya səfər edib. Hətta test-drayvdan əvvəl belə, EX30 artıq Böyük Britaniyanın "Sunday Times" və "The Sun" qəzetləri tərəfindən bəzi nüfuzlu mükafatlara layiq görülmüşdü. Avtomobillə şəxsi ilk təcrübəsini yenicə yaşamış əksər media nümayəndələri bu fikri bir daha təsdiqlədilər.
Ən müsbət rəylər avtomobilin dizaynı və qiyməti ilə bağlı oldu. Əksər jurnalistlər elektriklə çalışan Volvo modelinin bu qiymətə olduğuna inana bilmirdilər. Onlar həm də avtomobilin əlverişliliyini və sürüş dinamikasını bəyəndilər, bir çoxu qət edilə bilən məsafə barədə də müsbət rəy bildirdi.
Bu yaxınlarda yeni EX30 modeli nəzərdən keçirilən yüzlərlə avtomobil arasından "Carwow" şirkəti tərəfindən "2024-cü ilin avtomobili" adına layiq görülməklə hər zaman mükafatların bir nömrəli namizədi olduğunu bir daha sübut etdi. Bundan başqa, ölçülərinin kiçik olmasına baxmayaraq, kifayət qədər güclü olan EX30 modeli "TopGear.com" veb-saytının 2023-cü il üzrə mükafatlarında "İlin ekologiya döyüşçüsü" adlandırılıb.
Əksər jurnalist və influenserlər həmçinin EX30-un dayanıqlılıq göstəricilərinə heyran qalıblar. Onlar interyerdəki ağıllı dizayn xüsusiyyətlərini, çox sayda təbii və təkrar emal olunmuş materiallardan istifadə olunmasını, o cümlədən avtomobilin karbon emissiyasının az olmasını bəyəniblər.
Gəlin ən yaxşı rəylərdən bəzilərinə nəzər salaq:
- Öz rəyində beş ulduz verən Britaniya media orqanı Stuff belə nəticəyə gəlir ki, EX30 "demək olar, mükəmməl" elektrik avtomobilidir: "Volvo"nun yeni EX30 modeli kiçik ölçülü elektrik avtomobili olsa da, özündə Skandinaviya brendinin əzəmətini əks etdirən hər şeyi birləşdirir."
- Onların Auto Express jurnalında çalışan britaniyalı həmkarları EX30-u "arzu olunan elektrik avtomobili" və "xüsusilə, bu qiymətə alına biləcək möhtəşəm elektrik avtomobili" kimi təsvir edirlər.
- Almaniyanın Autobild jurnalı EX30-u öz seqmentində “əsl nemət” hesab edir. "O, mükəmməl idarəetməyə malikdir, rahat, sürətli və təhlükəsizdir, üstəlik uzunməsafəli rejimdə təqribən 500 km məsafə qət edir."
- "EX30 "Volvo"nun indiyə qədər sürdüyüm modelləri arasında ən çox zövq verən modelidir desəm, çox şişirtmiş olaram?" Yaponiyanın webCG veb-saytından olan test-drayvçı yazır.
- Niderlandda Autoweek jurnalı EX30-un "yüksək gözləntiləri artıqlaması ilə qarşıladığı" qənaətinə gəlib və onun "görünüş, interyer və sürüş dinamikası baxımından pulunun qarşılığını verən elektrikli SUV avtomobili" olduğunu bildirib.
- ABŞ-a məxsus Digital Trends veb-saytı digər avtomobil istehsalçılarına xəbərdarlıq edərək bildirir ki, “Volvo" elektrik avtomobili seqmentində standartları yüksəldib”. EX30 "aşağı baza qiymətini yüksək səviyyəli funksiyalarla birləşdirərək oyunun qaydalarını dəyişən yaxşı avtomobildir."
- “Sağlam yol tutumundan interyerdə səmərəli şəkildə istifadə olunan parça növlərinə qədər hər şeyi ilə diqqət çəkən bu kiçik sevimli avtomobil rahat, güclü və ecazkardır,” ABŞ veb-saytı Autoblog yazır.
- Motor Trend EX30-u “yaradılış möcüzəsi” hesabı edir və onun “elektrik avtomobilləri bazarının altı üstünə çevirmək üçün lazım olan hər şeyə sahib olduğunu” bildirir.
Şübhəsiz, bəzi tənqidlər də oldu. Bəzi tənqidçilər ekranı sensor olan istifadəçi interfeysinə öyrəşməkdə çətinlik çəkdilər və bir neçə test-drayv sürücüsü sükanın arxasındakı sürücü displeyini tapa bilmədi.
Bir neçə narazılıq olsa da, təhlilimiz ümumi rəylərin 95 %-nin müsbət olduğunu göstərir. Tədbirdə avtomobilin dizaynı və istehsalı ilə bağlı bütün sualları cavablandırmaqla media nümayəndələrinə kömək etməyə çox vaxt sərf edən ekspertlərimizə böyük təşəkkür borcluyuq.
Media nümayəndələrinin tərifləri ilə yanaşı, yeni EX30 modelimiz bu yaxınlarda nəzərdən keçirilən yüzlərlə avtomobil arasından "Carwow" şirkəti tərəfindən "2024-cü ilin avtomobili" adına layiq görülərək hər zaman müfakatların bir nömrəli namizədi olduğunu bir daha sübut edib. Bundan əlavə, ölçülərinin kiçik olmasına baxmayaraq kifayət qədər güclü olan EX30 modeli "TopGear.com" veb-saytının 2023-cü il üzrə mükafatlarında "İlin ekologiya döyüşçüsü" adlandırılaraq indiyə qədər "Volvo"nun karbon emissiyası ən az olan modelini yaratmaq cəhdlərimizin boşa getmədiyini sübut edib.*
EX30 barədə müsbət rəylər kiçikölçülü SUV modelimiz üçün mükəmməl başlanğıcdır. Növbəti illərdə avtomobilin ən çox satılan modellərimizdən biri olacağını gözləyirik və son aylarda daxil olan minlərlə müştəri sorğusu artıq bunu qabaqcadan təsdiqləyir. O, həm inkişaf planlarımızda, həm də iqlim dəyişikliyinə qarşı mübarizə planımızda vacib rol oynayır ki, bu da EX30-un uğurlu olmasının zəruri olduğunu göstərir. Barselonada təşkil olunan test-drayva yenidən nəzər saldıqda rahatlıqla deyə bilərik ki, hələ ki hər şey çox yaxşı gedir.
200.000 km sürmə zamanı 30 tondan az olan karbon emissiyalarının hesablanması Aİ27 elektrik enerjisi qarışığından doldurulan elektrik enerjisindən istifadəyə əsaslanır. Bu günə qədər hər hansı bir "Volvo" avtomobilinin ən aşağı karbon emissiyası 200.000 km-dən çox gediş məsafəsi ilə qlobal miqyasda mövcud olan məhsullara aiddir.